Arzularınızı gerçəkləşdirmək klinikamızın başlıca məqsədidir!

(055) 641 04 45

(012) 436 83 70


FƏRƏCOV ZÜLFÜQAR HƏSƏN OĞLU

ƏMƏKDAR ELM XADİMİ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN BAŞ DERMATOVENEROLOQU
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ DƏRİ-ZÖHRƏVİ KAFEDRASININ MÜDİRİ

1967-73-cü illərdə indiki Azərbaycan Tibb Universitetində təhsil almışdır.
1973-74-cü illərdə 5saylı Klinik Xəstəxanada həkim-intern kimi çalışmışdır.
1975-77-ci illərdə isə Sumqayıt şəhər 2 saylı Birləşmiş şəhər Xəstəxanasında həkim-terapevt işləmişdir.
1977-78-ci illərdə Sumqayıt şəhər Dəri-Zöhrəvi Dispanserində həkim-dermatoveneroloq kimi fəaliyyətini davam etdirmişdir.
1978-82-ci illərdə Bakı şəhər 2saylı Dəri-Zöhrəvi Dispanserində həkim-dermatoveneroloq işləmişdir.
1982-85-ci illərdə Moskvada Mərkəzi Dəri-Zöhrəvi Elmi Tədqiqat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını almışdır.
1986-87-ci illərdə Azərbaycan Tibb Universitetinin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır.
1990-cı ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
1991-ci ildən ATU-nun Dermatovenerologiya kafedrasında professor kimi fəaliyyətə başlamış və 2008-ci ildən isə həmin kafedranın müdiri vəzifəsində işləyir.
1999-cu ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Dermatoveneroloqu vəzifəsini də yerinə yetirən professora 2010-cu ildə professora “Əməkdar elm xadimi”fəxri adı verilmişdir.

150-dən artıq elmi məqalə, monoqrafiya, dərsliklər, tövsiyyələrlə yanaşı 4 elmi ixtiranın müəllifidir.
Ailəlidir, 2 övladı var.

Ünvan: Bakı şəhəri, Bülbül pr.,61 Tel: (+994 12) 597 23 15
E-mail: [email protected] Mob: (+994 50) 212 61 53