Arzularınızı gerçəkləşdirmək klinikamızın başlıca məqsədidir!

(055) 641 04 45

(012) 436 83 70


T.e.n. dosent Həsənzadə Nazim
(həkim-psixiatr)

Elmi mübadilə üzrə beynəlxalq proqramlarda iştirak üçün dəvət olunan ilk azərbaycanlı həkim-psixiatr.

1988, 1998 və 2001-ci illərdə Amerikanın Nyu-Cersi ştatında Nyu Bransvik şəhərində Psixiatriya İnstitutunun psixiatrları ilə əməkdaşlıq etmiş, 2006-cı ildə İndiana ştatının Bluminqton şəhərində işləməyə başlamışdır.

2001-ci ildə Nyu-Cersi Dövlət Tibb və Stomatologiya Universitetinin psixiatriya fakultəsinin tərkibinə qəbul olmuşdur. Avstriya klinikalarında dördqat təcrübə toplamışdır: 1999-cu ildə Zalsburqda və 2002, 2005 və 2012-ci illərdə Vendə.

25 il ərzində o Bakıda psixiatriya və narkologiya üzrə ixtisasartırma kurslarında tədris keçmiş və Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra dosenti dərəcəsində çalışmışdır.

2010-cu ildən VM Endokrinologiya, Diabet və Metobolizm Mərkəzində pxisoloji korreksiya şöbəsinin müdürü vəzifəndə işləməyə başlamışdır.

Yüzlərlə elmi məqalə və həkimlər üçün çox sayda təlimatların (nevroloji ve depressiv pozğunluqların diaqnozu və müalicəsi üzrə) müəllifidir.