Arzularınızı gerçəkləşdirmək klinikamızın başlıca məqsədidir!

(055) 641 04 45

(012) 436 83 70


Azərbaycan Tibb Universitenin "Dəri-zöhrəvi xəstəliklər" kafedrasının asistenti, tibb elmləri namizədi, "Şəfalı həkimlər" Milli Media mükafatı laureatı, "Dermatoveneroloqlar" Elmi Cəmiyyətinin və YAP-ın üzvü.

2 aprel 1978-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib.
1995-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakultəsində təhsil almışdır.
2001-ci ildə Azərbaycan Tibb Universitenini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2003-cü illərdə ATU-nun "Dermatovenerologiya" kafedrasında "klinik-ordinator" işləməyə başlayır.
2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin "Dermatovenerologiya" kafedrasında aspirantua təhsili almışdır.
Aspiranturada oxuduğu müddətdə "Reproduktiv yaşlı qadınlarda xlamidiya infeksiyasının yayılması, terapiya prinsipləri və reabilitasiya" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir və tibb elmləri namizədi alimlik dərəcəsini alır. Bu adın təsdiqi 2008-ci ildə Ali Attestasiya Komissiyasından diplomunu alaraq həyat və iş fəaliyyətinin yeni mərhələsinə alimlik dərəcəsi ilə başlayır.
2009-cu ildə ATU-nun "Dermatovenerologiya" kafedrasında çalışmağa dəvət olunmuş və həmin ərəfələrdə 20-dən çox elmi məqalələri işıq üzü görmüşdür.

"N-Laz Tibb Mərkəzi"-ndə fəaliyyət sahəsi:

Botoks:

Clostridium Botulismus deyilən mikro orqanizmin çıxardığı, botulinum toksinindən əldə edilən və bu gün estetik sahədə geniş şəkildə istifadə edilən kimyəvi bir maddədir.

Bu toksin təsir etdiyi yerdəki sinirləri iflicə uğradır.Toksinin bu xüsusiyyətindən faydalanılaraq üzdəki mimika əzələlərinə bağlı olaraq ortaya çıxan qırışıqlar keçici bir müddət üçün yox edilə bilir.Botoksun təsiri 6 aya qədər davam edir.

Mezoterapiya:

Mezoterapiya oliqo elementlərin (vitamin, kallogen, kaviar, sink, maqnezium, dəmir, ferrum və s. ) mikroskopik dozada kiçik iynələrlə dəri altına yeridilməsi deməkdir. İlk dəfə 1953-cü ildə Pister tərəfindən həyata keçirilməyə başlayıb. Azərbaycana isə bir neçə ildir gəlib çatıb: “Mezoterapiyada istifadə olunan bütün dərmanlar orqanikdir, təbiidir. Sintetik məhlullardan istifadə olunmur. Ona görə də onların heç bir təhlükəsi yoxdur. Bu prosedurdan sonra dəri çox gözəl, təravətli olur.

Kontur plastikası:

Üzün kontur plastikası yaşla əlaqəli olan dəyişiklərə qarşı qoruyucu korreksiya vasitəsidir. Bu plastika dərialrtı inyeksiyalar vasitəsi ilə keçirilir. Bu prosüdur üsulunun köməkliyi ilə, üzün istənilən konturunu əldə etməyə, qırışlardan azad olunmağa, dodaqların formasını dəyişdirməyə imkan yaradır. Bu metod dərinin əyriliyini, sovrulma imkanına malik, tərkibi geoluron turşusu olan materiallardan hazırlanır. Gialuron turşusu canlı orqanizmlərin komponentidir. Dəridə olan gialiron turşusu, öz ətrafında maye tutb saxlıyır, bu da öz növbəsində dəridə həcm verir.

Kontur plastikasına - plastik cərrahlığ da demək olar. Lakin plastik əməliyyatlardan fərqli olaraq, bu əməliyyat bıçaqsız və tikişsiz keçirilir.

Plazmaliftinq:

Plazmaliftinq – Bu metodun əsas üstünlüyü onun heç bir əks təsirin və allergik reaksiyasının olmamasıdır. Çünki prosedur zamanı xəstənin öz qanından istifadə olunur. Plazmaliftinq tibbin ən son yeniliklərindən biridir, bu üzdə olan problemlərin həllində, saçın stuktunun yaxşılaşdırılmasında, onların tökülməsinin qarşısını almaqda və striyaların müalicəsində istifadə olunur.