Arzularınızı gerçəkləşdirmək klinikamızın başlıca məqsədidir!

(055) 641 04 45

(012) 436 83 70


Plazmafarez

Ekologiya, qəbul etdiyimiz su və qidanın həddindən artıq çirkləndiyi bir dövrdə xəstəliklərdən qorunmaq mümkün deyil. Bu yad maddələrin, toksinlərin, müxtəlif infeksiyalarin təsirindən orqanizmdə çox agır xəstəliklər törənir. Xüsusəndə bu maddələrin təsirindən orqanizm zəifləyir və xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Bu maddələr,toksinlər orqanizmdə sırf qanda olaraq,qan vasitəsilə də bütün orqanlara toxumalara daşınır və “Çirkli” qan orqanların zədələnməsinə səbəb olur. Qanı bu maddələrdən təmizləyərək xəstəliyin aradan qaldırılmasına və gələcəkdə hər hansı bir xəstəliyin baş verməməsinə nail oluruq.

Bu xəstəliklər hansılardır?

  1. Bütün mənşəli allergik hallar.
  2. Birləşdirici toxumanın sistem xəstəlikləri .a) Revmatizm b) Revmatoid artrit
  3. Bətndaxili infeksiyalar. (Toksoplazma, Herpes, Sitomeqalovirus)
  4. Şəkərli diabet, Düyünlü zəhərli zob.
  5. Arterial hipertoniya, Ürəyin işemik xəstəliyi.
  6. Maddələr mübadiləsi xəstəlikləri (Podaqra və s.)
  7. Lipid və xolesterinin qanda səviyyəsinin yüksək olması.
  8. Qaraciyər patalogiyaları. (Virus hepatiti, Piy distrofiyası)
  9. Bronxial astma.
  10. Dəri xəstəlikləri.
  11. Dərman asılılıgı, Narkomaniya, Alkoqolizm.
  12. Ümumi halsızlıq, Zəifləmiş immunitet, Yuxusuzluq, Əsəbilik, İş qabiliyyətinin azalması kimi hallarda…
  13. Adlarını çəkmədiyimiz 200 xəstəliyin müalicəsində effektlidir.

Klinikamızda membranlı plazmaferez əməliyyatı heyata kecirilir. Bu üsulun bir çox üstünlükləri var.

  1. Hər xəstəyə fərdi plazmafiltrlərdən istifadə olunduğu üçün infeksiya düşmə ehtimalı yoxdur.
  2. Xəstənin qanı bədəndən kənarlaşdırılmadan yəni bir qoldan çıxan qan plazmafiltr magistralları ilə hərəkət edərək,filtrdən keçir maye hissəsi ayrılan təmizlənmiş qan digər qoldan bədənə daxil olur.Bu zaman heç bir agırlaşmalar olmur çünki, bu proses sirkulyasiya xarakteri daşıyır.
  3. Bu əməliyyat köhnə üsullardan fərqli olaraq bir dəfəyə həyata keçirilir. 1.5-2 saat davam edir.