Arzularınızı gerçəkləşdirmək klinikamızın başlıca məqsədidir!

(055) 641 04 45

(012) 436 83 70


Ginekologiya:

N-laz klinikasında ginekoloji şöbə də fəaliyyət göstərir. Klinikanın müalicə və müayinə aspektləri çox genişdir. Yüksək ixtisaslə həkimlər sonsuzluğun müalicəsi, hormonal pozğunluqlar, iltihabi xəstəliklərin müalicəsi ilə məşqul olurlar. Klinikada həmçinin ginekoloji proseslərin lazer terapiyası ilə müalicəsi, bitişmələrin əridilməsi kimi müasir metodlardan da istifadə olunur.

Uşaqlıq boynunun patalogiyalarını kolposkopik müayinəsi də klinikamizda mövcuddur.
Proseduralar ali və elmi dərəcəli həkimlər tərəfindən aparılır.

Kolposkopiya nədir ?

Kolposkopiya uşaqlıq boynunun eroziyası, leykoplakiya, ektopiya, uşaqlıq boynunun displaziyası və xərçəngi kimi xəstəliklərin dəyərli diaqnostika metodudur. Bir qayda olaraq, kolposkopiya sitologiyanın nəticələri pis olduqda ( sitologiyaya görə yaxma, ПАП-test) və ya həkimdə uşaqlıq boynunda hansısa patologiyaya şübhə yarandıqda, təyin olunur. Çox vaxt diaqnozu dəqiqləşdirmək üçün kolposkopiya ilə birlikdə uşaqlıq boynunun biopsiyası da həyata keçirilir.

Kolposkopiya nə zaman təyin edilə bilər?

  • Atipiyaya (sitologiyaya, ПАП-testə görə yaxmanın) görə yaxmanın nəticələri uşaqlıq boynunda şübhəli hüceyrələr aşkarladıqda;
  • Hər dəfə seksdən sonra Sizi sürtkülü qanlı ifrazatlar narahat etdikdə;
  • Baxış zamanı ginekoloq uşaqlıq boynunun şübhəli dəyişikliklərini aşkar etdikdə
  • Sizdə uşaqlıq boynunun iltihabı (servisit) varsa
  • Sizdə uşaqlıq boynunun polipləri aşkar edildikdə
  • Sizdə genital ziyil (kondiloma) aşkar edildikdə