Arzularınızı gerçəkləşdirmək klinikamızın başlıca məqsədidir!

(055) 641 04 45

(012) 436 83 70


"New Life Medical Center"in rəsmi saytında sizi salamlayırıq !

13 oktyabr 2013-cü il tarixində fəaliyyətə başlamış və həmin ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyiyin 071952 saylı lisenziyasını almış New Life Medical Center tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Klinikamızın məqsədi dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz - əhaliyə göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır. New Life Medical Center klinikası fəaliyyət göstərdiyi dövrdə qarşısına qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətini davam etdirir. 03 iyun 2014-ci il tarixində Azərbaycan kütləvi informasiya vasitələri Həmkarlar İttifaqı (Azər KİVİHİ) rəyasət heyətinin qərarı ilə klinikamız fəxri diplomla təltif edilmişdir. Bu New Life Medical Center klinikasının növbəti uğurudur.

Laboratoriya:

Klinikamızda bütün növ laborator analizlər aparılır. Laboratoriyamız müasir avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyada qanın ümumi, kliniki-biokimyəvi, qanın mikroelement tərkibi, İFA üsulu ilə hormonlar, infeksiyalar, onkomarkerlər, bakterioloji müayinələr, qanın hemostas göstəriciləri müayinə olunur. Müayinələrin təhlilləri yüksək ixtisaslı həkimlər və orta tibbi personal tərəfindən tez və keyfiyyətli icra olunur. Sterilizasiya və təhlükəsizlik qaydalarına cidd sürətdə əməl olunur.