Arzularınızı gerçəkləşdirmək klinikamızın başlıca məqsədidir!

(055) 641 04 45

(012) 436 83 70

  • Əlil və şəhid ailələri üçün!

    Klinikamız əlil vətəndaşlara və şəhid ailələrinə bütün xidmətlərində 20% ENDİRİM tətbiq edir.

    ətraflı..

  • Kosmetoloji xidmətlərimiz!

    Ən müasir üsullarla üzün, saçların müalicəsi, dərinin cavanlaşdırılması və s.

    ətraflı..



"New Life Medical Center" rəsmi saytında sizi salamlayırıq !

13 oktyabr 2013-cü il tarixində fəaliyyətə başlamış və həmin ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyiyin 071952 saylı lisenziyasını almış "New Life Medical Center" tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Klinikamızın məqsədi dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz - əhaliyə göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır. "New Life Medical Center" klinikası fəaliyyət göstərdiyi dövrdə qarşısına qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətini davam etdirir. 03 iyun 2014-ci il tarixində Azərbaycan kütləvi informasiya vasitələri Həmkarlar İttifaqı (Azər KİVİHİ) rəyasət heyətinin qərarı ilə klinikamız fəxri diplomla təltif edilmişdir. Bu "New Life Medical Center" klinikasının növbəti uğurudur.

Laboratoriya:

Klinikamızda bütün növ laborator analizlər aparılır. Laboratoriyamız müasir avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyada qanın ümumi, kliniki-biokimyəvi, qanın mikroelement tərkibi, İFA üsulu ilə hormonlar, infeksiyalar, onkomarkerlər, bakterioloji müayinələr, qanın hemostas göstəriciləri müayinə olunur. Müayinələrin təhlilləri yüksək ixtisaslı həkimlər və orta tibbi personal tərəfindən tez və keyfiyyətli icra olunur. Sterilizasiya və təhlükəsizlik qaydalarına cidd sürətdə əməl olunur.

Ginekologiya:

"New Life Medical Center" klinikasında ginekoloji şöbə də fəaliyyət göstərir. Klinikanın müalicə və müayinə aspektləri çox genişdir. Yüksək ixtisaslə həkimlər sonsuzluğun müalicəsi, hormonal pozğunluqlar, iltihabi xəstəliklərin müalicəsi ilə məşqul olurlar. Klinikada həmçinin ginekoloji proseslərin lazer terapiyası ilə müalicəsi, bitişmələrin əridilməsi kimi müasir metodlardan da istifadə olunur.
Uşaqlıq boynunun patalogiyalarını kolposkopik müayinəsi də klinikamizda mövcuddur. Proseduralar ali və elmi dərəcəli həkimlər tərəfindən aparılır.

Plazmafarez:

Ekologiya, qəbul etdiyimiz su və qidanın həddindən artıq çirkləndiyi bir dövrdə xəstəliklərdən qorunmaq mümkün deyil. Bu yad maddələrin, toksinlərin, müxtəlif infeksiyalarin təsirindən orqanizmdə çox agır xəstəliklər törənir. Xüsusəndə bu maddələrin təsirindən orqanizm zəifləyir və xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Bu maddələr,toksinlər orqanizmdə sırf qanda olaraq,qan vasitəsilə də bütün orqanlara toxumalara daşınır və “Çirkli” qan orqanların zədələnməsinə səbəb olur. Qanı bu maddələrdən təmizləyərək xəstəliyin aradan qaldırılmasına və gələcəkdə hər hansı bir xəstəliyin baş verməməsinə nail oluruq.

Ozonoterapiya

"New Life Medical Center" klinikamızda həmçinin azonla müalicə üsulları da həyata keçirilir. Təsir mexanizmləri;

  1. Bakteriosid, virusid və göbələk əleyhinə təsir göstərir.
  2. Qanın oksigen daşıma funksiyasını artırır.
  3. Zərərsizləşdirici funksiyaların optimal işləməsinə kömək olur.
  4. Mikrosirkulyator və periferik qan dövranını yaxşılaşdırır.
  5. Karbohidrat, yağ və zülal mübadiləsini tezləşdirir və böyük enerji ayrılmasına səbəb olur.
  6. Bədənin müqavimətini artırır.
  7. Ağrıkəsici təsirə malikdir.
  8. Qanın laxtalanmasını və yapışqanlığını azaldır.
  9. Homeostazı normal saxlayır.

Ultrasəs müayinə (USM):

Ultrasəs müayinə (USM) - geniş tətbiq olunan diaqnostik metoddur. Müayinə zamanı pasient şüaya məruz qalmır. USM əks göstərişi yoxdur. Müayinənin keyfiyyəti həkimin kvalifikasiyasından və aparatdan cox asılıdır. Bizim klinikamızda USM müayinəsi yüksək səviyyədə aparılır. USM tətbiq edilən sahələr çox genişdir. Klinikamızda diaqnostik məqsədlə qarın boşluğu orqanları və böyrəklər, kiçik çanaq orqanları, qalxanvari vəz, süd vəziləri, mama-ginekologiya və pediatrik praktikada, ürək, damar patalogiyalarında tətbiq edilir.
Bundan əlavə aşağı və yuxarı ətrafların dopler müayinəsi aparılır.

Elektrokardioqrafiya:

Ürək əzələsinin hər bir hüceyrəsi oz-özlüyündə sanki kiçik bir elektrik generatoru olub qıcıq dalğasına cavab olaraq yüklənir və boşalır. EKQ elektrik impulslarının ürək əzələsində yayılmasını göstərərək hüceyrələrin summar işi barəsində məlumat verir. EKQ nəticəsinə əsasən ürək vurğularının requlyarlığı, tezliyi, ürəkdaxili qan dövranının vəziyyəti, ürəyin müxtəlif şöbələrinin hipertrofiyası və s. barəsində məlumat almaq olar.

Exokardioqrafiya:

Ürək və onun damarlarının daxili qan cərəyanını müəyyən edən ultrasəs müayinəsidir. Hazırda ultrasəs cihazlarının yüksək yolvermə qabiliyyəti təkcə ürəyin işi və onun strukturlarını real zamanda görməyə deyil, həm də məlumatların kompyuterdə işlənməsi vasitəsilə ürəyin ölçülərini, magistral damarlarda qan axınının sürəti və ürək boşluqlarında təzyiqi müəyyən etməyə imkan verir.

Müayinəyə göstərişlər:

  • Ürəyin işemik xəstəliyi;
  • Ürək nahiyəsində müxtəlif etiologiyalı ağrılar;
  • Ürəyin anadangəlmə və qazanılmış qüsurları.

Elektroensofaloqramma:

"New Life Medical Center" klinikasında EEQ - elektroensofaloqramma aparatı ilə müayinə aparılır. EEQ-elektroensofaloqramma müayinə metodu olub nevrologiyada geniş tətbiq olunur. Böyük beyin yarımkürələri biotokların köməyi ilə qıcıqlandırılır və müxtəlif yazı əyrilikləri, xüsusi aparat vasitəsi ilə kompüterə köçürülür. Bu aparat elektrensofaloqraf adlanır. EEQ-nin köməyi ilə nevrologiyada bir çox xəstəliklərə diaqnoz qoyulur ki, bu da müalicədə çox əhəmiyyətlidir. Bu metod vasitəsi ilə damar patologiyaları, iltihabi proseslər, beyin travmaları, travmadan sonra kı çapıqlar, çapıqların törətdiyi fəsadlar və nəhayət həcimli proseslər tam dəqiqliyi ilə təsvir olunur.